Orion O & M

Layihələr

Home »  Layihələr

BAKI OLİMPİYA STADİONU

8_lowBakı Olimpia Stadionu Avropa Futbol Federasiyaları Birliyi (UEFA), Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) və Beynəlxalq Atletizm Federasiyaları Birliyi (İAAF) tərəfindən müəyyən olunan beynəlxalq standartlara cavab vermək üçün dizayn olunmuş və inşa edilmiş 68,700 tamaşaçı tutumuna malik stadioundur. 650,000 kvadrat metr sahə daxilindəki 225,000  kvadrat metr ərazidə inşa olunmuş stadionun tikintisi 2015-ci ilin fevral ayında başa çatmışdır.
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Böyükşor gölü yaxınlığında tikilmiş altı mərtəbəli, 65.7 metr hündürlüyündəki binanın açılışı 6 mart, 2015-ci il tarixində baş tutmuşdur.