Orion O & M

Haqqımızda

Home »  Haqqımızda

“Orion O and M” Azərbaycanda 2015-ci ilin mart ayında mexanika və elektrik işləri üzrə texniki xidmət göstərən şirkət kimi fəaliyyətə başlamışdır. Mexanika və elektrik üzrə texniki xidmət sahəsində bütün tələbləri qarşılamaq üçün biz hər zaman zəruri bacarıq və bilikləri nümayiş etdirməyə və tələb olunan avadanlıqları təqdim etməyə hazırıq.

Bizim komandamız həm Azərbaycan, həm də Türkiyənin ən təcrübəli və peşəkar mütəxəssislərini birləşdirir.

Həm əməkdaşlarımız, həm də müştərilərimiz üçün təhlükəsiz iş şəraitini təmin etmək şirkətimiz üçün prioritet məsələdir.

Biz, həmçinin, müştərilərə zəmanət veririk ki, layihələri vaxtında və tələb olunan keyfiyyət standartlarına uyğun şəkildə başa çatdırmaq öhdəliyi daşıyan üzvlərimizin və işçi heyətimizin xidməti sayəsində onların maraqlarını təmin edəcəyik.